MÜDAFİƏ NAZİRLİYİ: ERMƏNİSTAN D-30 TOPLARINDAN AZƏRBAYCAN MÖVQELƏRİNİ ATƏŞƏ TUTUR

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.