YAPONİYA SAHİLLƏRİNDƏ 5,3 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Yaponiya sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji xidmətindən bildirilib.

Məlumata əsasən, yeraltı təkanların episentri Coetsu şəhərindən 83 km şimal-qərbdə, ocağı isə 40 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.