BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA: TAHİR SALAHOV SƏMİMİ, SON DƏRƏCƏ BACARIQLI VƏ SƏXAVƏTLİ İNSAN İDİ

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Tahir Salahov səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının və onun nadir istedadının çoxsaylı pərəstişkarlarının qəlbində əbədi yaşayacaqdır”.