MAGİSTRAL AVTOMOBİL YOLLARINDA GÖRMƏ MƏSAFƏSİ MƏHDUDLAŞACAQ

Mayın 5-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.