
Media və jurnalistikanın inkişafı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətlərindən biridir.
Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr dinamik inkişaf edir. Avropa İttifaqı plüralizmi və mətbuat azadlığını dəstəkləyir.
