RUSİYA AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNİN DEMARKASİYASI ÜÇÜN BİRGƏ KOMİSSİYA YARADILMASINI TƏKLİF EDİB

Rusiya Azərbaycanla Ermənistan arasındakı sərhədin demarkasiyası üçün birgə komissiya yaradılmasını təklif edib.

Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov Tacikistan Xarici işlər naziri Sirociddin Muhriddin ilə keçirdiyi mətbuat konfransında deyib.

S.Lavrov bildirib: “Biz dövlət sərhədlərinin beynəlxalq hüquqi rəsmiləşdirilməsinin olmaması ilə əlaqədar yaranmış insidentin tənzimlənməsində Rusiyanın göstərdiyi səylər barədə öz dostlarımızı məlumatlandırmışıq. İlkin razılaşmaya əsasən Rusiya tərəflərə sərhədin delimitasiyası və demarkasiyasına başlamaqda kömək göstərməyi təklif edib və Ermənistan-Azərbaycan Birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Rusiya bu komissiyada məsləhətçi, vasitəçi kimi iştirak edə bilər”.