
Cəbrayıl rayonu Cocuq Mərcanlı ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata əsasən maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid etmiş və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.