
Prezident İlham Əliyev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolun təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qanuna əsasən, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Protokol təsdiq edilib.
