FORMULA 1 KOMANDALARININ SƏRBƏST YÜRÜŞÜNDƏ BOLİDDƏ YANĞIN OLUB 

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sərbəst yürüşündə boliddə yanğın baş verib.

“Alpine” komandasının fransalı pilotu Pierre Qaslinin idarə etdiyi boliddə yanğın baş verib. Yanğın dərhal söndürülüb və bolid trekdən çıxarılıb.

Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb.

28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilir.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.