
Serbiya Prezidenti Aleksandar Vuçiç dünən axşam təcili olaraq xəstəxanaya yerləşdirilib.
B92 telekanalı xəbər verir ki, Serbiya lideri aprelin 27-də axşam saatlarında tibbi yardım üçün müraciət edib. Bəzi məlumatlara görə, Aleksandar Vuçiç adətən xidmətindən istifadə etdiyi Hərbi-Tibbi Akademiyaya, digər məlumata görə isə başqa xəstəxanaya yerləşdirilib. Lakin onun dəqiq yeri və xəstəxanaya yerləşdirilməsinin səbəbləri barədə rəsmi məlumat yoxdur.
Dövlət başçısı və mətbuat xidməti bu məsələ ilə bağlı bəyanat verməyib.
