BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA ZƏRİFƏ ƏLİYEVANIN ANADAN OLMASININ 100 İLLİYİ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!”.