
Laçında insan sümükləri tapılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.
