
Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99,7 faizini KOB subyektləri təşkil edir.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
O bildirib ki, KOBİA özünün hədəf seqmentləri olan startap, mikro, kiçik və orta sahibkarlıq üzrə biznesin yaradılmasından başlayaraq, fəaliyyətlərinin bütün mərhələlərində müxtəlif vasitələrlə onlara dəstək göstərməklə, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynamaqdadır. KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 4 il ərzində KOB subyektlərinin sayı 45 faiz artaraq 356 minə yaxınlaşıb. Bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5 faizdən 26,6 faizə, qeyri-neft ixracında payı isə 2019-cu ildəki 23,3 faizdən 59,8 faizə yüksəlib.
