“TƏZƏPİR” MƏSCİDİNDƏ BAYRAM NAMAZI QILINIB

Müqəddəs Ramazan bayramı ilə əlaqədar aprelin 21-də “Təzəpir” məscidində bayram namazı qılınıb.
Bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.
Qeyd edək ki, bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.