TƏRTƏRDƏ 43 YAŞLI KİŞİ MİNAYA DÜŞÜB

Tərtər rayonunda mina hadisəsi baş verib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə, 2023-cü il 18 aprel tarixində Tərtər rayonunun Borsunlu kəndi ərazisində keçmiş təmas xəttinə yaxın, minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Partlayış nəticəsində 1980-cu il təvəllüdlü Əsgərov Elnur Asif oğlu xəsarət alıb. Xəsarət alan şəxs Tərtər rayon xəstəxanasına yerləşdirilib.