
Prezident Kasım-Jomart Tokayev Alim Bayeli Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edib.
A.Bayel Azərbaycanda səfir təyin olunana qədər Qazaxıstanın İstanbuldakı baş konsulu olub.
Qeyd edək ki, bundan əvvəlki səfir Serjan Abdıkərimov Qazaxıstan Prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilib.
