
Azərbaycanda yaradılması nəzərdə tutulan iki tədqiqat universiteti mövcud universitetlərin əsasında qurulacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hələ həmin universitetlər müəyyən olunmayıb
“Bunun üçün universitetlərin fəaliyyəti təhlil olunacaq. Hansı universitet kriteriyalara cavab verəcəksə, onun əsasında yaradılacaq”.
