MİLLİMİZ RUMINİYA, UKRAYNA VƏ YUNANISTAN SEÇMƏLƏRİ İLƏ QARŞILAŞACAQ

Aprelin 17-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxaretsdə keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.

AFFA xəbər verir ki, aprelin 22-dən 28-dək davam edəcək yarışda millimiz Rumıniya, Ukrayna və Yunanıstan seçmələri ilə qarşılaşacaq.

Millimiz aprelin 23-də Ukrayna, iki gün sonra Rumıniya, ayın 28-də isə Yunanıstan seçməsi ilə üz-üzə gələcək.