CEYHUN BAYRAMOV: AZƏRBAYCAN ERMƏNİSTAN TƏRƏFƏ DANIŞIQLAR MASASINA QAYITMASI ÜÇÜN ÇAĞIRIŞLAR EDİB

Azərbaycan Ermənistan tərəfə danışıqlar masasına qayıtması üçün çağırışlar edib.

Bu barədə bu gün xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, dekabr ayından etibarən Ermənistanın destruktiv yanaşması nəticəsində fiziki görüşlər həyata keçirilməyib.