
Azərbaycanda rəqəmsal pul köçürmələri üzrə yol xəritəsi hazırlanıb.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov çərşənbə günü “Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlənin gücləndirilməsi” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, ödənişlərin rəqəmsallaşması bu layihənin reallaşdırılmasında böyük rol oynayır və aparılan tədqiqatlar qoyulmuş məqsədlərin əldə olunmasına imkan yaradır.
“Biz həmçinin istər vətəndaşlar arasında, istərsə də vətəndaşlarla dövlət arasında pul köçürmələrinin beynəlxalq standartlarının yaradılması üzərində çalışırıq. Bu layihənin reallaşdırılmasında məqsədimiz köçürülən pul vəsaitlərinin investisiya kimi olmasından, yəni əlavə gəlir gətirməsindən ibarətdir”, – o deyib.