KOBİA QAZAXISTANIN XARİCİ TİCARƏT PALATASI İLƏ ANLAŞMA MEMORANDUMU İMZALAYIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Astana şəhərində hər iki ölkənin dövlət başçılarının iştirakı ilə bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan bildirilib ki, sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar. Memorandumda hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqi və dəstəklənməsi, ticarət, investisiya imkanları, iqtisadi əməkdaşlıq, KOB sahəsində yeniliklər və müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulur.