BU GÜNDƏN “AZNEFT” DAİRƏSİNDƏ HƏRƏKƏT MƏHDUDLAŞDIRILACAQ

Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır:

“Bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”.