TARİF ŞURASININ TƏRKİBİNƏ DƏYİŞİKLİK EDİLİB

Prezident İlham Əliyev Tarif (qiymət) Şurasının üzvlərinin tərkibinə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Tarif Şurasının üzvləri siyahısına əlavə olunub.