QAZAXISTANLA AZƏRBAYCAN ARASINDA BİZNES SAZİŞLƏRİ İMZALANIB

Bakıda Azərbaycanla Qazaxıstan arasında saziş və memorandumların imzalanması mərasimi baş tutub.

Qazaxıstandan Azərbaycana metal məhsulların və polad lövhələrin, həmçinin qida məhsulları və qənnadı məmulatlarının tədarükü üzrə saziş imzalanıb.

Bundan başqa, Azərbaycana Qazaxıstandan akkumulyator və transformatorların tədarükü üzrə sənəd imzalanıb.

Qeyd edək ki, aprelin 5-də Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilib.