
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Mina Maarifləndirilməsi Günü ilə bağlı paylaşım edib.
Bu barədə XİN-nin tvitter hesabında qeyd edilib.
“Bu gün Beynəlxalq Mina Xəbərdarlığı Günü qeyd edilir. Bu, Ermənistan da daxil olmaqla minaları kortəbii basdıranlar və onların zərərsizləşdirilməsi istiqamətində əməkdaşlıqdan imtina edənlər məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Biz onların yaratdığı nəhəng insan itkisinə son verməliyik”, – deyə bildirilib.
Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.