AZƏRBAYCAN TDT ENERGETİKA NAZİRLƏRİNİN İCLASINA QATILACAQ

Energetika naziri Pərviz Şahbazov martın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 3-cü iclasında iştirak edəcək.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.