SABAH PAYTAXTDA 23, BƏZİ BÖLGƏLƏRDƏ İSƏ 28 DƏRƏCƏ İSTİ OLACAQ

Azərbaycanda martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 23-28° isti, dağlarda gecə 1-6°, gündüz 12-17° isti olacağı ehtimal edilir.