
Martın 28-də Bakıda və Abşeron yarımadasında gecə və səhər şimal-qərb küləyinin, martın 29-u günün birinci yarısında isə cənub-qərb küləyinin arabir 15-20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 28-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Martın 27-si gündüzdən 28-i səhərədək və martın 29-u gün ərzində əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir saniyədə 15-20 metrədək güclənəcəyi proqnozlaşdırılır.
