FOTOQRAFLAR ABŞERON MİLLİ PARKINDA

Azərbaycan Fotoqraflar Birliyinin üzvlərinin iştirakı ilə Abşeron Milli Parkında “çiçək mövsümü” fototur layihəsi həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, parka gələn fotoqraflar ərazidəki mövsümə uyğun məxsusi peyzaj yaradan çiçəkləri lentə alıb, mövsümi gözəllikləri foto kompozisiyalarda tərənnüm ediblər.

Fotoqrafların yaradıcılıq təxəyyülündə yeni imkanlar açan “çiçək mövsümü” turu unudulmaz təəssüratlarla başa çatıb.