AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA TİKİNTİDƏ NORMATİV VƏ QİYMƏTQOYMA SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ DAİR ANLAŞMA MEMORANDUMU TƏSDİQ EDİLİB

Azərbaycan və Türkiyə arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış Anlaşma Memarandumu qüvvəyə mindikdən sonra Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyəyə bildiriş göndərməlidir.