ƏFQANISTANDA ZƏLZƏLƏ BAŞ VERİB

Əfqanıstanda 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 99 kilometr şərqdə yerləşib.

Ölən və yaralananlar barədə məlumat yoxdur.