Türkiyədə sel fəlakətində həlak olanların sayı artıb.
Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.
O qeyd edib ki, sel fəlakəti nəticəsində 16-sı Şanlıurfa, 2-si Adıyaman olmaqla 18 nəfər həyatını itirib.
Axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, Türkiyədə baş verən təbii fəlakət nəticəsində yaşayış binaları, xəstəxanalar və bəzi müəssisələr, həmçinin zəlzələdən zərər çəkən sakinlərin məskunlaşdığı çadır şəhərcikləri su altında qalıb.