
Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, təşkilatın onuncu yubiley sammiti Türküstan şəhərində keçiriləcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlərin keçirilməsi planlaşdırılır.
