
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri, keçirdiyi görüşlər və səfərin yekunları ilə bağlı mətbuata bəyanatda söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
“24news.ge”, “dalğatv.ge”, “interpressnews.ge”, “aktual.ge” informasiya portalları, “Gürcüstan” qəzeti Azərbaycan Prezidentinin çıxışındakı fikirlər barədə məqalələr yayıblar.
AZƏRTAC-a istinadla yayılan xəbərlərdə dövlətimizin başçısının Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinin genişləndirilməsi ilə bağlı görülən işlər, eləcə də 44 günlük Vətən müharibəsinin nəticələri və sülh şansını qaçırmamaqla bağlı Ermənistan rəhbərliyinə verdiyi mesajlar əksini tapıb.


