YENİ ZELANDİYANIN KERMADEK ADALARI BÖLGƏSİNDƏ 7 VƏ 5 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Yeni Zelandiyanın Kermadek adaları bölgəsində saat 04:56-da 7 bal gücündə zəlzələ olub.

ABŞ Geoloji Xidmətinin saytında yer alan məlumata görə, zəlzələ 22,1 kilometr dərinlikdə qeydə alınıb. ABŞ sunami xəbərdarlığı sistemi bölgədə müvafiq təhlükənin olmadığını bildirib. Saat 05:46-da isə 5 bal gücündə zəlzələ baş verib. Bu zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.