DYP DUMANLI HAVA ŞƏRAİTİ İLƏ BAĞLI SÜRÜCÜLƏRƏ MÜRACİƏT EDİB

Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, sürücülərə sürət həddini real vəziyyətə uyğun seçmək, nasaz nəqliyyat vasitələri ilə yola çıxmamaq, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur.