MÜDAFİƏ NAZİRLİYİ: “AZƏRBAYCAN SÜLHMƏRAMLILARININ ƏFQANISTANDAN ÇIXARILMASI PLANLAŞDIRILIR”

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Xatırladaq ki, Amerik Birləşmiş Ştatları may ayının 1-dən etibarən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bununla paralel olaraq NATO qüvvələrinin də bu ölkədən çıxarılmasına start verilib.
Ümumilikdə NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçi sülhməramlı missiyasını yerinə yetirir. Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb. Bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.