AZPROMO LATVİYANIN İNVESTİSİYA VƏ İNKİŞAF AGENTLİYİ İLƏ ANLAŞMA MEMORANDUMU İMZALAYIB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviya Prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşüb.

Bu barədə nazir məlumat verib.

“Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük. Görüş çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviyanın İnvestisiya və İnkişaf Agentliyi (LIAA) arasında imzalanmış Anlaşma Memorandumu ikitərəfli iqtisadi münasibətlərin möhkəmlənməsinə və birgə investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək”, – deyə Mikayıl Cabbarov qeyd edib.