
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.
Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 871 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 785 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 700 manat müəyyən edilmişdi.
İndiyə qədər bu rəqəmlər müvafiq olaraq 792, 714, 636 manat müəyyən edilmişdi.
