ÖLKƏMİZƏ GƏLƏN QADIN SƏRNİŞİNLƏR HEYDƏR ƏLİYEV BEYNƏLXALQ AEROPORTUNDA ÇİÇƏKLƏRLƏ QARŞILANIB 

Ölkəmizə gələn qadın sərnişinlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə çiçəklərlə qarşılanıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Dövlət Gömrük Xidmətinin əməkdaşları ölkəmizə gələn qadın sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi diqqət göstərərək, çiçəklər təqdim ediblər.
Qadınlar bu nəcib təşəbbüsə görə Komitənin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.