VƏTƏN UĞRUNDA DÖYÜŞLƏRƏ GÖRƏ ORDENLƏ TƏLTİF OLUNANLARIN ADLARI ƏBƏDİLƏŞDİRİLƏCƏK

“Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.

Dəyişiklikdə Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.