AVROPA ÇEMPİONU MATVEY PETROV BAKIDA DÜNYA KUBOKU YARIŞLARINDA İŞTİRAK EDƏCƏK

Martın 9-dan 12-dək Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasının məlumatında bildirilir ki, yarışlarda Albaniyanı Avropa çempionu Matvey Petrov təmsil edəcək. İdmançı 2020-ci ildə Türkiyənin Mersin şəhərində keçirilən Avropa çempionatında dəstəli at yarışlarında qızıl medala sahib olub.

Turnirdə rekord sayda – 48 ölkədən 170 idmançının iştirakı gözlənilir.

Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.