ABŞ-IN “POLİTİCO” NƏŞRİ: BAYDENLƏ PUTİN BAKIDA GÖRÜŞƏ BİLƏR

ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin Bakıda görüşə bilər.

Bunu ABŞ-ın “Politico” nəşri yazır.

Qeyd olunur ki, bir sıra amerikalı ekspert və sabiq məmurlar prezidentlərin Çexiya, İslandiya, Sloveniya və Azərbaycan paytaxtlarının birində görüşə biləcəyini istisna etmir.

Bir sıra KİV-lər bir neçə Avropa paytaxtının bu görüşü qəbul etməyə hazır olduğunu bildirib.