BMT BAŞ ASSAMBLEYASININ RƏHBƏRİ ERMƏNİSTANIN 1915-Cİ İL HADİSƏLƏRİ İLƏ BAĞLI İDDİALARINA CAVAB VERDİ


“Soyqırım” faktının mövcudluğu səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən müəyyənləşdirilməlidir.
“Anadolu” agentliyinin verdiyi məlumata görə, bu barədə BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Ermənistanın BMT-dəki Daimi Nümayəndəsinin “erməni soyqırımı” bağlı iclasın gündəliyinə qaldırdığı uydurmasına cavab olaraq bildirib. İslas Beynəlxalq Çoxtərəflilik və Sülh naminə Diplomatiya Gününə həsr olunub.
Diplomat soyqırımın 1948-ci ildə BMT-nin Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasında xüsusi olaraq müəyyən edilmiş bir cinayət olduğunu xatırladıb.
O vurğulayıb ki, Konvensiyada soyqırımın nə olduğunu və bunun necə təyin olunduğunu açıq şəkildə qeyd olunub:
“Buna görə, soyqırım cinayəti səlahiyyətli məhkəmə orqanı tərəfindən müəyyən edilməlidir. Başqa sözlə, hadisəni soyqırım kimi qiymətləndirmək üçün səlahiyyətli beynəlxalq tribunal müvafiq qərar verməlidir.