Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Bu barədə Rusiya prezidentinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, Tərəflər Qarabağ məsələsini, xüsusilə, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini müzakirə ediblər.
Bundan başqa, prezidentlər arasında Suriyadakı vəziyyət, koronavirus pandemiyası ilə mübarizə və digər məsələlər müzakirə mövzusu olub.