XƏTAİ RAYONUNDA MARKETDƏ ATIŞMA ZAMANI 2 NƏFƏR XƏSARƏT ALIB, 1 NƏFƏR HƏYATINI İTİRİB

Paytaxtın Xətai rayonunda marketlərin birində atışma olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Bir nəfər hadisə yerində həyatını itirib.