BAŞ PROKURORLUQ: XƏTAİ RAYONUNDA SUPERMARKETDƏ SİLAHLI İNSİDENTLƏ BAĞLI ARAŞDIRMA APARILIR

Xətai rayonu ərazisində yerləşən supermarketlərin birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.
İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.