FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİ ÜÇÜN TİKİNTİ-QURAŞDIRMA İŞLƏRİNƏ BAŞLANILIR

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.

BŞH-dən bildiriblər ki, tikinti-quraşdırma işləri bu gün gecə saatlarından başlayacaq və yarış həftəsinədək davam edəcək.

Tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında təşkil olunacaq.