
Rusiyanın Bryansk vilayətinə silahlı hücum olub.
Bu barədə vilayətin qubernatoru Aleksandr Boqomoz özünün teleqram kanalında yazıb.
Onun sözlərinə görə, ukraynalılardan ibarət silahlı dəstə Bryansk vilayətinin Klimovsk rayonunun Lyubeçane kəndinə silahlı basqın edib. Qubernator bir nəfərin həlak olduğunu, bir nəfərin isə yaralandığını bildirib.
A.Boqomoz vilayətin PUA hücumuna da məruz qaldığını, nəticədə Suşanı kəndində bir evin yandığını, eləcə də Lomakovka kəndinin minomyot atəşinə tutulduğunu qeyd edib.
