
Hazırda Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.
Vida mərasimindən sonra Hacı Şahin Həsənli “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.
